90 yaşlı qadın dünyanın ən yaşlı ofis meneceri oldu

90 yaşlı qadın dünyanın ən yaşlı ofis meneceri oldu

Hazırda oxunan: 90 yaşlı qadın dünyanın ən yaşlı ofis meneceri oldu

17395

Ginnesin Rekordlar Kitabı 90 yaşlı yapon qadını dünyanın ən yaşlı ofis meneceri elan edib.

Bizim.Media xəbər verir ki, həmin yaşlı qadın artıq 65 ildir bir müəssisədə çalışır.

Yaşının çoxluğuna baxmayaraq, o, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir.

Kompüterdə işləməyi bacaran bu qadın sosial şəbəkələrdə, xüsusən smartfon vasitəsilə “Facebook”da əlaqə saxlamağı çox sevir.

Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı ofis meneceri elan edilən Yasuko Tamaki 1930-cu il mayın 15-də dünyaya gəlib.

Y.Tamaki 1956-cı ildən “Sunco Industries” ticarət kampaniyasında çalışır. Yaşının çoxluğuna baxmayaraq, kompüter proqramlarını yaxşı bilir. Onun vəzifəsinə əməkhaqlarının və işçilərin bonuslarının hesablanması, həmçinin vergi hesabatının aparılması daxildir.

Rekordçu qadının adi qaydada: həftədə beş gün yeddi saat yarım çalışdığı bildirilir.

Ginnesin Rekordlar Kitabının təqdim olunması mərasimində isə o, hələ təqaüdə getməyə hazırlaşmadığını da deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO