“All Nippon Airways”in Yaponiyanın paytaxtı Tokiodan ABŞ-ın Sietl şəhərinə uçan təyyarədə 55 yaşlı sərnişinin təyyarə bələdçisini dişləyib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında təyyarə Sakit okean üzərində olarkən baş verib.
Belə ki, 55 yaşlı amerikalı bələdçinin qolunu dişlədikdən sonra təyyarə Tokionun Haneda hava limanına təcili eniş edib.
Həmin şəxs hava limanında təyyarə bələdçisini xəsarət yetirməkdə şübhəli bilinərək Tokio polisi tərəfindən saxlanılıb.
55 yaşlı kişi ittihamları rədd edərək, yuxu dərmanı qəbul etdiyini və baş verənləri xatırlamadığını bildirib.
Bizim.Media