Oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası liderlik edir.
Bizm.Media- nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası səslərin 58,54 faizinin hesablandığını, Gürcü Arzusu Partiyasının 49,32 faiz səs topladığını açıqlayıb.
Mixeel Saakaşvilinin Vahid Milli Birlik Partiyasının təmsil olunduğu müxalif "Güc və Birlik" bloku 25,94 faiz səs toplayıb. Parlamentə Avropa Gürcüstanı, Vətənpərvərlər Alyansı, Lelo, Qirçi, Aqmaşenebeli Strategiyası və Vətəndaş partiyaları da daxil olub.
Sabiq spiker Nino Burcanadzenin Vahid Gürcüstan Partiyası parlamentdə təmsil olunmaq üçün 1 faizlik səs baryerini aşa bilməyib. Bundan əlavə, 30 birmandatlı dairənin 15-də seçkilərin ikinci turu keçiriləcək.
Gürcüstanda deputatlar 4 illik müddətə seçilir. 150 deputatdan 130-u partiya siyahısı ilə proporsional qaydada, 30 deputat isə majoritar dairələrdən seçilir. Partiyalar üçün parlament seçkilərində baryer 1 faiz müəyyənləşdirilib, majoritar dairələrdə isə qələbə üçün hər hansı namizəd 50 faizdən çox səs toplamalıdır.
Təkbaşına hökumət qurması üçün hər hansı partiya seçkilərdə səslərin 40 faizindən çoxunu toplamalıdır.
Bizm.Media
- A-
- A
- A+
Dünya
11:00 / 01.11.2020
Gürcüstanda səslərin 58,54 faizi sayılıb
Hazırda oxunan: Gürcüstanda səslərin 58,54 faizi sayılıb
Hazırda oxunan: Gürcüstanda səslərin 58,54 faizi sayılıb
1735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.