"Qərb dağılacaq, Rusiya isə inkişaf edəcək".
Bizim.Media xəbər verir ki, bunu 1970-ci illərdə SSRİ-nin dağılacağını proqnozlaşdıran fransalı sosioloq Emanuel Todd "Le Figaro" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərb dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.
Todd gəldiyi qənaətləri üç faktorla əsaslandırıb:
"ABŞ-da sənaye və təhsil tənəzzülə uğrayacaq. Qərb cəmiyyətində dəyər sistemi kimi qəbul edilən protestantlıq yoxa çıxacaq. Dünyanın gözləri qarşısında Rusiya inkişaf edəcək".
Onun sözlərinə görə, Moskvanın yeni mühafizəkar “yumşaq gücü” Qərbin “dəli” görünən əxlaqından fərqli olaraq daha da populyarlaşacaq:
"Rusiya iqtisadiyyatı sanksiyalar şokuna tab gətirib. Bu, inkaredilməz bir faktdır. Rusiya haqqında Qərbdə deyilənlər çox vaxt doğru deyil. Rəsmi Moskva sürətlə tənəzzülə uğrayan ölkə kimi təqdim olunur".
Sosioloq hesab edir ki, Qərbin düşmənçiliyi Rusiyanın silahlanmasına, vətənpərvərlik və milli birliyin alovlanmasına səbəb olur:
"Beləliklə, sanksiyalar Rusiyaya genişmiqyaslı idxalı əvəzetmə siyasətinə başlamağa imkan verdi. Bu da Kremlə Aİ iqtisadiyyatı üzərində əhəmiyyətli üstünlük qazandırdı".
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:40 / 15.01.2024
Fransalı sosioloqdan SENSASİON PROQNOZ: \"Qərb dağılacaq, Rusiya isə...\"
Hazırda oxunan: Fransalı sosioloqdan SENSASİON PROQNOZ: \"Qərb dağılacaq, Rusiya isə...\"
Hazırda oxunan: Fransalı sosioloqdan SENSASİON PROQNOZ: \"Qərb dağılacaq, Rusiya isə...\"
173488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.