“Bild” qəzeti Almaniya Federativ Respublikasının Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənədin əlinə keçdiyini iddia edir.
Bizim.Media xəbər verir ki, nəşr bu barədə Almaniya Müdafiə Nazirliyinin hazırladığı məxfi sənədə istinadən məlumat yayıb.
Məlumata görə, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər.
İddiaya görə, Rusiya Almaniyaya hücum etmək üçün Kalininqrada qoşun köçürəcək, NATO isə şərq cinahına 300 min əsgər köçürməklə cavab verəcək.
"NATO ilə Rusiya arasında eskalasiya hələ fevral ayında baş verə bilər. Bu, Putinin necə hərəkət edəcəyini və NATO-nun necə müdafiə edəcəyini addım-addım təsvir edən təlim ssenarisidir. Tezliklə hərbi əməliyyatlar başlayacaq və on minlərlə alman qüvvəsi cəlb olunacaq”, - “Bild” yazır.
Ssenariyə görə, Rusiya 2024-cü ilin fevralında daha 200 000 nəfəri orduya çağıraraq yeni səfərbərlik dalğasına başlayır. Daha sonra yazda qeyd olunub ki, Kreml Ukraynaya genişmiqyaslı hücuma başlayır və Qərb tərəfdaşlarından Kiyevə kifayət qədər dəstək verilməməsi fonunda, 2024-cü ilin iyununa qədər Ukrayna Silahlı Qüvvələrini məğlub edir.
Sənədə əsasən, sentyabrda Rusiya ərazilərinin qərb hissəsində və Belarus torpaqlarında 50.000 qüvvənin cəlb olunduğu “Zapad 2024” (Qərb 2024) adlı genişmiqyaslı hərbi təlimlər keçirəcəyi üçün Baltikyanı ölkələrdə etnik zəmində toqquşmalar başlayacaq.
Oktyabr ayında Rusiya Kalininqrad və Litva üzərindən Belarusu birləşdirən Suvalki dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun və orta mənzilli raketlər yeridir.
Bild vurğulayır ki, sözügedən ssenari 2024-cü ildə Baltikyanı bölgədə keçirilməsi planlaşdırılan NATO təlimlərinin əfsanəsidir.
Qeyd edək ki, dekabrda Belçika ordusunun baş qərargah rəisi, admiral Mişel Hoffman deyib ki, Avropa Rusiya ilə potensial münaqişəyə “təcili hazırlaşmalıdır”. Hoffmanın sözlərinə görə, Brüssel üçün birbaşa təhlükə yoxdur, lakin Baltikyanı ölkələr və Moldova üçün risk var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:15 / 15.01.2024
Məxfi sənədlər ÜZƏ ÇIXDI – NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR
Hazırda oxunan: Məxfi sənədlər ÜZƏ ÇIXDI – NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR
Hazırda oxunan: Məxfi sənədlər ÜZƏ ÇIXDI – NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR
173484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.