Türkiyədə terror təbliğatı ilə məşğul olan 110 nəfər MÜƏYYƏN EDİLİB - FOTO/VİDEO

Türkiyədə terror təbliğatı ilə məşğul olan 110 nəfər MÜƏYYƏN EDİLİB - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə terror təbliğatı ilə məşğul olan 110 nəfər MÜƏYYƏN EDİLİB - FOTO/VİDEO

173260

Türkiyədə terrorçuluğun təbliğatını aparan 110 nəfər sosial şəbəkə istifadəçisi şübhəli qismində müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında məlumat verib.

Nazir bildirib ki, 6 şübhəli saxlanılıb:

“Ölkə daxilindəki daha 3 təbliğatçının yaxalanması istiqamətində işlər davam edir. Şübhəlilərdən 95-nin xaricdə olduğu müəyyənləşib və onlar haqqında hüquqi prosedur başlanılıb.

Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə və Kibercinayətlərlə Mübarizə Şöbələrinin koordinasiyasında aparılan araşdırmalar çərçivəsində müəyyən edilən 15 şübhəli şəxsə qarşı keçirilən əməliyyat tədbirləri zamanı 6 nəfər hıbs edilib” , - deyə Yerlikaya qeyd edib.
 



Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO