Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X”də yazıb.
O bildirib ki, toplantı bu gün yerli saatla 14:30-da İstanbuldakı Dolmabaxça sarayında baş tutacaq.
İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, baş qərargah rəisi Metin Güler, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın iştirak edəcəklər.
Toplantıda terrorla mübarizənin və digər cari məsələlərin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı qardaş ölkənin 9 hərbçisi şəhid olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:30 / 13.01.2024
Ərdoğan Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI
Hazırda oxunan: Ərdoğan Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI
Hazırda oxunan: Ərdoğan Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI
173185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.