Rusiyanın Belqorod şəhərində avtobus dayanacaqlarının mühafizəsini beton bloklar və qum torbaları ilə gücləndirməyə başlayıblar.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “Telegram” kanallarında yayılıb.
Qeyd edək ki, daha əvvəl şəhərin meri Valentin Demidov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulacağı təqdirdə ictimai nəqliyyat dayanacaqları mühafizə ediləcək.
Bizim.Media