İtaliyanın Baş nazirindən Ərdoğana qarşı HÖRMƏTSİZLİK – ÜZR İSTƏMƏLİDİR

İtaliyanın Baş nazirindən Ərdoğana qarşı HÖRMƏTSİZLİK – ÜZR İSTƏMƏLİDİR

Hazırda oxunan: İtaliyanın Baş nazirindən Ərdoğana qarşı HÖRMƏTSİZLİK – ÜZR İSTƏMƏLİDİR

17289

İtaliyanın baş naziri Mario Draqi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı hörmətsizlik edərək onu “diktator” adlandırıb.

Bizim.Media xəbər verir ki, məlumatı “RİA Novosti” agentliyi Mario Draqiyə istinadən yayıb.

O, Ərdoğan haqda jurnalistlərin verdiyi suala cavabında belə deyib.

“Bununla yanaşı belə “diktaror”la ölkəmizin maraqları naminə əməkdaşlıq etmək üçün səmimi olmalıyıq. Düzgün balansı tapmalıyıq”, deyə o, qeyd edib.

Draqi Ərdoğanın Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyenə qarşı Ankara şəhərində davranışını qəbuledilməz hesab edib: "Düşünürəm ki, bu, yersiz bir addım olub”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada Von der Leyen və Avropa Şurasının sədri Şarl Mişel ilə görüşüb.

Sosial şəbəkədə yayımlanan görüşün görüntülərindən aydın olur ki, təşkilatçılar Avropa Birliyi və Türkiyə bayraqları fonunda danışıq iştirakçıları üçün yalnız iki stul qoyublar. Onlardan birində Mişel, digərində Ərdoğan əyləşib.

Leyen isə diplomatik protokola görə daha aşağı “ranqda” əyləşdirilib. O, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə üzbəüz divanda oturub.

Qeyd edək ki, italiyalı rəsminin Ərdoğan haqda dedikləri sadəcə “ağızdan çıxan söz” kimi havada qalmayacaq. Yəqin ki, Ankaradan buna tutarlı cavab veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO