Türkiyənin yerli elektromobili “TOGG” yeni modelini təqdim edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqdimat ABŞ-ın Las-Veqas şəhərində keçirilən Consumer Electronics Fair (CES) 2024 sərgisində keçirilib.
“TOGG” T10F Fastback modeli 2025-ci ildə ilk olaraq Türkiyədə, sonra isə Avropa bazarında satışa çıxarılacaq.
Yeni modelin batareyasını 26 dəqiqəyə doldurmaq mümkün olacaq.
Saatda 0-dan 100 kilometrə 4,6 saniyəyə sürətlənən və 700 Nm fırlanma anı hasil edən T10F-in iki motorlu AWD (dörd təkərli) versiyası 530 kilometrə qədər məsafə qət etməyi hədəfləyir.
Bizim.Media