Xəbər verdiyimiz kimi Fransa Prezidenti Emmanuel Makron yeni hökuməti 34 yaşlı Qabriel Attala həvalə edərək, onu ən gənc baş nazir kimi Fransa tarixinə düşməsinə vəsilə olub.
Bizim.Media xəbər verir ki, Attalı digər hökumət başçılarından fərqləndirən təkcə gənc olması deyil, həm də cinsi oriyentasiyasıdır.
Belə ki, ötən ilin iyul ayından təhsil naziri vəzifəsində çalışan Attal Emmanuel Makronun "İntibah" partiyasının rəhbəri Stefan Sejournet ilə münasibətdədir. Cütlük vətəndaş nikahında yaşayırlar.
O, 16 mart 1989-cu ildə Parisin Klamart kommunasında anadan olub. Nüfuzlu Paris Siyasi Elmlər İnstitutunda (Sciences-Po Paris) təhsil alıb.
2018-ci ildə o, daha sonra adı “İntibah” adlandırılacaq “İrəli, Respublika” (La République en Marche) prezident partiyasının mətbuat katib olub. Attal COVID-19 böhranının başladığı 2020-ci ildən 2022-ci ilə qədər hökumətin rəsmi nümayəndəsi kimi çalışıb.
O, təhsil naziri vəzifəsinə 2023-cü ilin iyul ayında təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:26 / 09.01.2024
Makronun yeni hökumətinin başçısı seçilən homoseksual KİMDİR?
Hazırda oxunan: Makronun yeni hökumətinin başçısı seçilən homoseksual KİMDİR?
Hazırda oxunan: Makronun yeni hökumətinin başçısı seçilən homoseksual KİMDİR?
172698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.