Şoyqu: “Ukraynanın son bir ildə itkiləri 215 min nəfəri ötüb” - VİDEO

Şoyqu: “Ukraynanın son bir ildə itkiləri 215 min nəfəri ötüb” - VİDEO

Hazırda oxunan: Şoyqu: “Ukraynanın son bir ildə itkiləri 215 min nəfəri ötüb” - VİDEO

172625

“2023-cü ildə Ukrayna Silahlı Qüvvələri 215 mindən çox insan itirib”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirilən konfransda deyib. 

"Rusiya qoşunlarının qrupları metodik olaraq Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialını azaldır. Son bir ildə düşmən itkiləri 215 min nəfəri və 28 min silahı ötüb. Kiyevin Ukrayna ordusunun sıralarını artırmaq üçün imkanlar axtarışı yalnız hərbi münaqişəni uzadacaq” – deyə Şoyqu bildirib. 
Eyni zamanda o qeyd edib ki, Ukrayna birləşmələrinin insan resurslarının tükənməsinə və döyüş meydanında nəticələrin olmamasına baxmayaraq, ABŞ sakitcə ukraynalıların həyatı bahasına dünya liderliyi ambisiyalarını reallaşdırmağa çalışır. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO