Qayana ilə mübahisəli əraziyə ölkəmizin tarixi hüquqları var.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Venesuela prezidenti Nikolas Maduro səsləndirib.
Mənbə yazır ki, ölkə başçısı həmin mübahisəli bölgənin (Qayana-Essekibo) Venesuelanın 24-cü ştatı kimi elan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edərək ikinci oxunuş üçün Parlamentə göndərib.
Xatırladaq ki, ötən il dekabrın 6-da Parlament Venesuelanın tərkibində 24-cü Qayana-Essekibo ştatının yaradılmasını nəzərdə tutan bu qanunu birinci oxunuşda qəbul edib.
Qeyd edək ki, Venesuela ilə Qayana arasında Essekibo çayının qərbindəki Qayana-Essekibo adlanan ərazinin mülkiyyəti ilə bağlı mübahisə 100 ildən artıqdır ki, davam edir.
Ərazi münaqişəsi 2015-ci ildə daha da kəskinləşib. Belə ki, bu bölgədə ən azı 10 milyard barel olan neft yataqları kəşf edilib. Onun işlənməsi isə Qayana tərəfindən ExxonMobil neft şirkətinə tapşırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:16 / 09.01.2024
Maduro son nöqtəni qoydu: \"Qayana ilə mübahisəli ərazi bizimdir\"
Hazırda oxunan: Maduro son nöqtəni qoydu: \"Qayana ilə mübahisəli ərazi bizimdir\"
Hazırda oxunan: Maduro son nöqtəni qoydu: \"Qayana ilə mübahisəli ərazi bizimdir\"
172624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.