Maldiv adaları Türkiyənin nəzarətinə keçir?

Maldiv adaları Türkiyənin nəzarətinə keçir?

Hazırda oxunan: Maldiv adaları Türkiyənin nəzarətinə keçir?

172580

Hindistan baş nazirinin ötən həftə hökumətin unutduğu Lakşadvip adalarına səfəri Hindistanın Maldiv Respublikası ilə münasibətlərində qalmaqala və böhrana səbəb olacağını kim düşünə bilərdi?

Düzdür, Maldiv adaları Hindistanın sahillərinə yaxın ərazidə yerləşən bu arxipelaqa iddia etmir, lakin Narendra Modinin Lakşadvipin “ikinci Maldiv adalarına” çevriləcəyi ilə bağlı çıxışları istehza ilə qarşılanıb. 



Maldiv adalarına böyük məbləğdə pul yatırılıb. Xəzinəyə gələn pulların üçdə biri turizm biznesininin payına düşür. 

Hindistan adaları təbii şəraitinə görə heç də Maldiv adalarından geri qalmır. Ancaq təəssüf ki, bu bölgə hökumət tərəfindən tamamilə unudulub. 

Baş nazirin bura səfəri isə Hindistanın bütün yaxın tarixində yalnız ikinci olub.

Ümumiyyətlə, Maldivin üç nazir müavini X sosial şəbəkəsində Modini ələ salıb. Hindistan hökumətinin başçısını “kloun” və hətta “terrorçu” adlandırıblar.

Bu hücumlar diqqətdən kənarda qalmayıb və hindistanlı sosial media istifadəçilərinin hiddətinə səbəb olub. 

Maldiv səfiri Yeni Dehlidə Daxili İşlər Nazirliyinə çağırılıb və ona etiraz edilib. Maldiv hökumətinin rəsmiləri isə təhqiredici yazılarını tez siliblər, lakin artıq gec olub.  

Nəticədə Hindistanda Maldiv adalarını boykot etməyə çağırışlar dalğası yaranıb. Respublika təchizat logistikasının və Hindistandan gələn turist axınının maldivlilərin həyatında əsas rol oynadığını nəzərə alaraq, üzr istəyib: 

“Hökumət hesab edir ki, ifadə azadlığı demokratik və məsuliyyətli şəkildə həyata keçirilməlidir. Maldiv adaları ilə beynəlxalq tərəfdaşlar arasında sıx münasibətlərə mane olmamaq üçün nifrət yaymayın".

Əvvəlcə sosial şəbəkələrdə deyilib ki, Maldiv rəsmiləri təhqiramiz ifadələri öz şəxsi fikirləri kimi dilə gətiriblər. Ancaq sonradan onları işdən uzaqlaşdırıblar. 

Qeyd etmək lazımdır ki, Maldiv hakimiyyət üzvlərinin Hindistan əleyhinə hücumları heç də təsadüfi deyil və çox güman ki, bu, hökumətdəki daxili ab-havanı əks etdirir.

Maldiv adalarında son illərdə Çin və Hindistanyönlü siyasi düşərgələr arasında mübarizə gedir. Keçən sentyabrda keçirilən prezident seçkilərində Çinin köməyi ilə həyata keçirilən bir neçə böyük infrastruktur layihəsinin şahidi olan paytaxt Male şəhərinin meri Mohamed Muizzu qalib gəlib. Təəccüblü deyil ki, o, yenə Çin tərəfdarı olduğunu gizlətməyib, “Hindistan rədd olsun!” millətçi şüarları ilə qalib gəlib.



O, sələfindən köklü şəkildə fərqlənir. Prezident İbrahim Məhəmməd Salih ilk növbədə Hindistanla münasibətləri gücləndirməyə çalışıb. 

Muizzunun seçkilərdə qələbəsindən sonra, yerli silahlı qüvvələrə dəstək olan 77 Hindistan əsgəri geri göndərilib və Hindistanın hərbi mövcudluğu aradan qaldırılıb. Maldivin bu addımı isə yəqin Çinin xoşuna gəlib.

Muizzu prezident kimi ilk səfərini Türkiyəyə edib. Ölkənin əvvəlki liderləri isə bir ənənə kimi Yeni Dehliyə səfər edirlərmiş. 

Yeni hökumət istəyir ki, Maldiv adaları Hindistanın nəzarətindən çıxsın, müstəqilliyini və özəlliyini qorusun, islam ənənələri möhkəmlənsin. Amma təbii ki, onlar Hindistanla əlaqələrini üzməyə hazır deyillər, çünki hər şeydən öncə coğrafi mövqe nəzərə alınmalıdır.

Mənbə: Haqqın az

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO