Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb.
Bizim.Media Yaponiya mediasına istinadən xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 500-dən çox xəsarət alan var.
İtkin düşənlərin sayı 103 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Yağışlı hava şəraiti axtarış işlərinə mənfi təsir edir.
Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb.
Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.
Bizim.Media