Ərdoğan İstanbul bələdiyyəsinin sədrliyinə namizədin adını AÇIQLAYACAQ 

Ərdoğan İstanbul bələdiyyəsinin sədrliyinə namizədin adını AÇIQLAYACAQ 

Hazırda oxunan: Ərdoğan İstanbul bələdiyyəsinin sədrliyinə namizədin adını AÇIQLAYACAQ 

172229

Sabah Rəcəb Tayyib Ərdoğan İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədinin adını açıqlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çəlik məlumat verib. 

Məlumata görə, partiyanın sabah keçirələcək iclasında Ərdoğan 12 böyük şəhər və 16 vilayətdə bələdiyyə sədrliyinə namizəd olacaq şəxslərin adlarını elan edəcək. Gələn il Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində iştirak edən namizədlərin, xüsusuilə, İstanbulda sədrlik etmək üçün kimlərin mübarizə aparacağı maraqla qarşılanır.

İndiyə kimi AKP-nin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyi üçün Səlçuk Bayraktar, Fahrettin Koca, Əli Yerlikaya, Murat Kurum, Ergün Turan, Süleyman Soylu, Tevfik Göksü və Adil Karaismailoğlunun adı hallanıb. Ötən ay isə Binali Yıldırımın yenidən İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd ola biləcəyi iddia olunub. Xatırladaq ki, hazırda İstanbul Böyük Şəhər Bələdiyyə sədri Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğludur. O, yenidən seçilmək üçün namizədliyini irəli sürüb.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO