Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında görüş başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
***13:52
İstanbulun Vahdettin sarayında Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Görüşdən sonra Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken ötən axşam Türkiyəyə səfərə gedib.
Bizim.Media