Türkiyədə daha bir fenomen cütlük SAXLANILDI

Türkiyədə daha bir fenomen cütlük SAXLANILDI

Hazırda oxunan: Türkiyədə daha bir fenomen cütlük SAXLANILDI

172208

Türkiyədə daha bir fenomen cütlük saxlanılıb. Sosial şəbəkələr vasitəsilə məşhurlaşan Kıvanç Talu və Beril Talu cütlüyü Gürcüstandan ölkəyə qayıdarkən hava limanında saxlanılıblar.

Bizim.Media “Cumhuriyet”ə istinadən xəbər verir ki, onlar 150 milyon lirəni oğurlamaqda ittiham ediliblər. 

Cütlük piramida sistemi ilə insanların pulunu mənimsəməkdə günahlandırılır. İttihamları qəbul etməyən fenomen cütlük həmin insanlardan borc aldıqlarını bildiriblər. 
“Biz onlardan borc pul almışıq, onlar isə sələmçiliklə məşğul olurlar. Əsl cinayətkar onlardır” – deyə ifadələrində qeyd ediblər. Anadolu Baş Prokurorluğunda cütlük haqqında əməkdaşlıq təklifi ilə ətrafdakı insanlardan pul alaraq xaricə qaçdıqları iddiası ilə istintaq başladılıb.

Fenomen cütlüyün ölkədən çıxışına qadağa qoyulub. 

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO