Fransa, Belçika, İtaliya, İspaniya, Türkiyə və ABŞ-da koronavirus pandemiyasının ilk dalğası zamanı “Antimalarial-Hidroksiklorokin” dərmanını qəbul etdikdən sonra təxminən 16,9 min insan ölə bilərdi.
Bizim.Media “Kommersant.ru-ya istinadən xəbər verir ki, fransız alimləri bununla bağlı apardıqları tədqiqatların nəticələrini Biomedicine & Pharmacotherapy jurnalında dərc ediblər.
Kanadanın Kvebek Universitetində işləyən 6 fransız tibb aliminin gəldiyi qənaət belədir ki, “Antimalarial-Hidroksiklorokin” malyariyanı müalicə etmək üçün istifadə olunur və həmçinin romatoid artrit, lupus və digər otoimmün xəstəliklər üçün təyin edilir.
Alimlər bildirir ki, bu dərmanlar effektivliyinə dair sübutların aşağı səviyyəsinə baxmayaraq, xəstəxanaya yerləşdirilən COVID xəstələrinə təyin edildi.
Onlar tərəfindən hazırlanan məqalədə, hidroksiklorokin qəbul edən xəstəxanaya yerləşdirilən xəstələrin sayının 16,900 olduğu təxmin edilir. Lakin daha da çox ola bilər.
Qeyd edək ki, tədqiqat 2020-ci ilin mart-iyun ayları arasında aparılıb və pandemiyanın ilk dalğasının yalnız bir hissəsini əhatə edir. Müəlliflər qeyd edirlər ki, 2020-ci ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstələrdə aşkar edilən ürək problemləri ilə əlaqədar COVID-nin müalicəsi kimi hidroksiklorokinin sınaqlarının dayandırıldığını elan edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:20 / 05.01.2024
Fransa alimlərindən ŞOK KƏŞF: 17 min COVID xəstəsi bu dərmandan ÖLÜB
Hazırda oxunan: Fransa alimlərindən ŞOK KƏŞF: 17 min COVID xəstəsi bu dərmandan ÖLÜB
Hazırda oxunan: Fransa alimlərindən ŞOK KƏŞF: 17 min COVID xəstəsi bu dərmandan ÖLÜB
172122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.