“Forbes” jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını açıqlayıb.
Bizim.Media-nın məlumatına görə, son bir ildə dünyada milyarderlərin sayı daha da artıb.
Belə ki, nəşrin ötən ilki siyahısında 2095 milyarderin adı var idisə, son statistikada 2755 nəfər yer alıb.
Ötən il milyarderlərin ümumi sərvəti 8 trilyon, indi isə 13,1 trilyon dollardır. Onlardan 210 nəfəri Çin və Honkonqdan, 98 nəfəri ABŞ-dandır. Siyahıdakı 250 nəfər dünyanın ən varlı adamları sırasına yenidən qoşulanlardır.
“Forbes”in hesablamasına görə, dünyanın ən varlı adamı ABŞ-ın “Amazon” şirkətinin başçısı Ceff Bezosdur. Onun varidatı 117 milyard dollar dəyərindədir.
İkinci yerdə 151 milyard dollarlıq sərvətlə ABŞ-ın “Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask dayanır.
Üçüncü pillədə Fransanın “Louis Vuitton Moet Hennessy” şirkətinin rəhbəri Bernar Arno qərarlaşıb. Onun varidatı isə 150 milyard dollardır.
124 milyard dollarla dördüncü yerin sahibi ABŞ-ın “Microsoft” şirkətinin rəhbəri Bill Qeytsdir.
Dünyanın ən varlı adamlarının ilk onluğunda sonrakı yerlərdə gələnlərin sərvəti 100 milyard dollardan aşağıdır.
Bunlar “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Suxerberq (97 milyard dollar), amerikalı sərmayəçi Uorren Baffet (96 milyard dollar), ABŞ-ın “Oracle” şirkətinin qurucusu Larri Ellison (93 milyard dollar) və ABŞ-ın “Google” şirkətinin qurucusu Larri Peycdir (91,5 milyard dollar).
Bizim.Media