Kirmanda baş verən partlayışı İran hakimiyyətindəki qrupun törətdiyi haqda informasiyalar gəzir. Çünki hadisə ilə bağlı mövcud rejim tərəfindən müxtəlif iddialar irəli sürüldü. Əvvəl 4 bomba partlaması xəbəri yayıldı, ardınca iki elədilər. Daha sonra qaz partlayışı ilə əlaqələndirdilər. Bu cür şübhəli açıqlamalar cəmiyyətdə müxtəlif şayiələrin yaranmasına səbəb oldu.
Bizim.Media xəbər verir ki, bu sözləri Axar.az-a güneyli jurnalist, siyasi şərhçi Əli Süleymani İranda baş verən partlayışla bağlı danışarkən deyib.
O bildirib ki, bu hücumda nə İŞİD, nə İsrail, nə də digər adıçəkilən ölkələr günahkardır:
“Hadisədən öncə və sonra baş verən olaylara nəzər salsaq, bir çox şübhəli məqamlar ortaya çıxır. Niyə hücum baş verməzdən bir neçə gün əvvəl İran hakimiyyəti xəstəxanalarının hazırlıq vəziyyətinə gətirildiyini elan edib? Hadisə baş verən yerdə bir həftə boyunca pulsuz ehsan paylayıb, imkansız insanların orada qarnını doyururdular. Belə izdihamlı yerdə təhlükəsizlik qüvvələri yoxlanış aparmalı idi. Lakin necə olub ki, iki kamikadze gözlərindən yayınıb? Bunlar hamısı sual doğurmaqla yanaşı, partlayışda hakimiyyətin barmağının olduğu şübhəsini doğurur.
Hələ də ölənlərin dəqiq sayını demirlər. Müxtəlif rəqəmlər səsləndirirlər. Qeyri-rəsmi mənbələr ölənlərin sayının azı 150 nəfər olduğunu bildirir. İsrail İranda mülki əhalini öldürməklə, qorxutmaqla nə əldə edir? Yaxud da Amerikanın bu cür qanlı hadisəni törətməkdə məqsədi aydın deyil. Bu hücumda yeganə maraqlı tərəf Tehran rejimi özüdür. Terror onun siyasətidir və bundan da öz maraqları üçün istifadə edir”.
Onun sözlərinə görə, İran əhalisi dəfələrlə bu cür hadisələrdə rejimin əlinin olmasının şahidi olub:
“Keçmişdə də belə hadislər çox olub. İmamiyyənin hərəmini partlatdıb, Xalq Mücahidlərini günahlandırdılar. Bu hadisədən 6 ay öncə zindana atdıqları bir nəfərin əli ilə partlayışın baş verdiyini idda etdilər. Bu haqda İran hakimiyyətinə yaxın olan Əkbər Gənci adlı bir nəfər öz kitabında yazmışdı. Rejim onun yazdıqları ilə bağlı heç bir açıqlama vermədi.
Sadəcə, həmin kitab müəlifini başqa ittihamla tutub, həbsə atdılar. Şirazda da bomba partlaması zamanı yüzlərlə günahsız insanın ölməsində hakimiyyətin özünün əli var idi. Gah İŞİD-i, gah Azərbaycan Respublikasının vətəndaşını günahlandırdılar. Yaxud İran parlamentinə hücumda İŞİD-i günahkar bildilər. Ört-basdır etdilər. Sonradan üzə çıxdı ki, bu hücumların hamısını İran hakimiyəti özü planlaşdırıb”.
Kirmanda baş verən hadisənin, sadəcə, cəmiyyəti, xarici qüvvələri çaşdırmaq məqsədi ilə törədildiyini deyən siyasi şərhçi hesab edir ki, rejim problemlərdən yayınmaq üçün bu addımı atıb:
“İran daxilində sosial və iqtisadi problemlər durmadan artır. Səfalət, uşaqların zibil qablarında yemək axtarması, azyaşlıların özünü satması, intiharların artması, işçilərin etirazları, büdcədən oğurluq, korrupsiya adi hal alıb. Hətta Xameneinin bu yaxınlarda Allahla birbaşa danışdığını iddia etməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Dindarlar da buna qətiyyətlə etiraz etdi ki, heç Məhəmməd peyğəmbər özü belə Allahla birbaşa danışmayıb, Xameneinin belə bir iddiası qəbuledilməzdir. Cəmiyyətdə biabır olduqları ortadadır. Onları qınayanların sayı artıb. Digər tərəfdən, mövcud rejim dəstəklədiyi proksi qruplarına görə dünya güclərinin qəzəbinı tuş gəlib.
Həmçinin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının arxasında Tehran hakimiyyətini günahlandırırlar. İrana qarşı birlik də yaradılıb.
Düşünürəm ki, İran hakimiyyəti hazırkı durumdan çıxış yolu axtarır. Odur ki, bu cür böhranlardan yaxa qurtarmaq, özünü qurban kimi təqdim etmək üçün İsraili bir nömrəli düşmən göstərir. İnsanların hissləri ilə alver edir. Elə görüntü yaratmağa çalışırlar ki, İsrail Qəzzada olduğu kimi, İranda da müsəlmanları qırır.
İsrail isə ilk gündən Kirmanda baş verən hücumda əlinin olmadığını bildirib. İranda İsrail tərəfindən bir çox əməliyyatlar keçirilsə də, dinc əhaliyə qarşı hücum olmayıb. İsrailin əməliyyatlarında heç zaman günahsız İran vətəndaşları həlak olmayıb. Hətta nüvə alimi Möhsün Fəxrizadəyə qarşı olan hücumda onun yanında olan qadın öldürülmədi. Odur ki, hadisələrin bu cür ardıcıllığına nəzrə saldıqda, yenə də Tehran rejimiminin bu işdə daha çox maraqlı olduğu görünür”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:15 / 05.01.2024
Kirman teraktını İran özü törədib – Sensasion iddia
Hazırda oxunan: Kirman teraktını İran özü törədib – Sensasion iddia
Hazırda oxunan: Kirman teraktını İran özü törədib – Sensasion iddia
172067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.