“Artıq ABŞ-nin Ukraynaya hərbi və iqtisadi dəstək verməyə pulu qalmayıb. Putin danışıqlara hazır olan adam kimi davranmır. O, ukraynalıları diz çökdürməyə çalışmaq üçün əlindən gələni edir”.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.
“Əlavə maliyyə tələbinin təsdiqlənməsi çox vacibdir. Hamısı budur. Bizim (Konqresin maliyyə dəstəyinə) ehtiyacımız var ki, Ukraynaya dəstək verməyə davam edək”, - Kirbi bildirib.
Bizim.Media