Bu günlərdə İrandan sonra daha bir ölkə - Səudiyyə Ərəbistanı BRİCS-ə qoşuldunu bəyan etdi. Bununla da təşkilatda olan ölkələrin sayı 7 oldu.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Ərəbistanının Xarici İşlər naziri Şahzadə Vaysal bin Farhan çərşənbə axşamı günü dövlət televiziyasına verdiyi açıqlamasında, birliyə qoşulduğunu açıq şəkildə bəyan etdi.
Xatırladaq ki, nazir Farhan hələ avqust ayında təfərrüatları araşdıracağını və 1 yanvar tarixinə qədər təkliflə bağlı ölkəsi üçün “uyğun qərar” verəcəyini bəyan etmişdi. Həmçinin, BRICS-in iqtisadi əməkdaşlığı gücləndirmək üçün “faydalı və vacib kanal” olduğunu vurğulamışdı.
Qeyd edək ki, BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər:
Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı.
Ərəb Əmirlikləri, Misir, İran və Efiopiyanın qrupa yeni üzvlər kimi əlavə edilməsi ilə bu rəqəmin iki dəfə artırılması planlaşdırılır.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:05 / 04.01.2024
BRİCS-ə daha bir ölkə də QOŞULDU
Hazırda oxunan: BRİCS-ə daha bir ölkə də QOŞULDU
Hazırda oxunan: BRİCS-ə daha bir ölkə də QOŞULDU
171987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.