Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya məxsus dünyanın ən böyük almaz hasilatı şirkəti “Alrosa” və onun baş direktoru Pavel Mariniçevə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, müvafiq qərar şuranın saytında dərc olunub.
“Yeni siyahılar Rusiyanın bütün almaz istehsalının 90 faizdən çoxunu təşkil edən dünyanın ən böyük almaz hasilatı şirkəti olan “Alrosa”ya aiddir”, - məlumatda bildirilib.
Aİ Şurası vurğulayıb ki, bu şirkət Rusiya hökumətinə əhəmiyyətli gəlirlər verən iqtisadi sektorun mühüm hissəsidir.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində Aİ-də Rusiyanın qeyri-sənaye təbii və sintetik almazlarının, eləcə də brilyant zinət əşyalarının birbaşa idxalına tam qadağa qüvvəyə minib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:32 / 03.01.2024
Aİ Rusiyanın almaz şirkətinə və onun direktoruna sanksiya tətbiq etdi
Hazırda oxunan: Aİ Rusiyanın almaz şirkətinə və onun direktoruna sanksiya tətbiq etdi
Hazırda oxunan: Aİ Rusiyanın almaz şirkətinə və onun direktoruna sanksiya tətbiq etdi
171900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.