ABŞ-da evə BASQIN: 2 uşaq da daxil olmaqla 5 nəfər qətlə yetirildi 

ABŞ-da evə BASQIN: 2 uşaq da daxil olmaqla 5 nəfər qətlə yetirildi 

Hazırda oxunan: ABŞ-da evə BASQIN: 2 uşaq da daxil olmaqla 5 nəfər qətlə yetirildi 

17187

ABŞ-ın Cənubi Karolina ştatında baş verən atışma nəticəsində iki uşaq da daxil olmaqla beş nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yerli polisə istinadən yayıb. 

York dairəsinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi informasiyaya görə, atışma kiçik Rok Hill qəsəbəsindəki bir evdə çərşənbə günü günortadan sonra baş verib. 

Şəhərdə geniş tanınan 70 yaşlı həkim, 69 yaşlı arvadı və kiçik nəvələri, bir oğlan və bir qız dünyasını dəyişib.

Onların evində işləyən bir nəfər də öldürülüb. Güllə yaralarından ağır yaralanan altıncı kişi xəstəxanaya aparılıb.

Polis "silahlı və təhlükəli" saydığı şübhəlini axtarmağa bir neçə saat sərf edib. Qara dərili şəxs axtarılıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları kişini evində tapıb və axtarışa başlayıb. Atışma zamanı şübhəlisinin diri və ya ölü olduğu bilinmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO