İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı artıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, təbii fəlakət nəticəsində 37 nəfər həyatını itirib, 885 nəfər xəsarət alıb.
Məlumata görə, 9 bina xəsarət alıb və axtarışlar davam edir.
Qeyd edək ki, İzmirə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da koordinasiya mərkəzində ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.
Bizim.Media