Türkiyədə 2024-cü il Fələstinə dəstək üçün böyük bir anti-İsrail mitinqi ilə başlayıb.
Bizim.Media xəbər verir ki, aksiyada bir sıra nazirlər, Səlcuq və Haluk Bayraktar iştirak edib, Ərdoğanın oğlu Bilal Ərdoğan isə çıxış edib.
İzdiham qarşısında çıxış edən Bilal Ərdoğan İsraillə Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasını müqayisə edib: “Biz bilirik ki, fələstinlilərin soyqırımına səbəb olanlarla [İraqda] əsgərlərimizin qatilləri eynidir.
Bilirik ki, onlara ancaq birlik ilə qalib gələ bilərik. Amerika və İsrailin məqsədləri bizə məlumdur. Biz bilirik ki, kim qaçqınlara qarşı düşmənçilik oyatmağa çalışır”.
O qeyd edib ki, Ayasofya məscidinin azad edilməsi Qüdsün və Məscidül-Əqsanın azad edilməsi yolunda atılan ilk addımdır”.
- A-
- A
- A+
Dünya
22:46 / 01.01.2024
Türkiyədə 2024 Fələstinə dəstək aksiyası ilə BAŞLADI - VİDEO
Hazırda oxunan: Türkiyədə 2024 Fələstinə dəstək aksiyası ilə BAŞLADI - VİDEO
Hazırda oxunan: Türkiyədə 2024 Fələstinə dəstək aksiyası ilə BAŞLADI - VİDEO
171706
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.