İran döyüş gəmisini Qırmızı dənizə GÖNDƏRDİ 

İran döyüş gəmisini Qırmızı dənizə GÖNDƏRDİ 

Hazırda oxunan: İran döyüş gəmisini Qırmızı dənizə GÖNDƏRDİ 

171667

İran döyüş gəmisi Qırmızı dənizə daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağında əməliyyatlara başlaması ilə əlaqədar Yəməndə husilər Bab əl-Məndəb boğazından keçən İsraillə bağlı gəmilərin hədəf olacağını bəyan ediblər.

Gəmilərə hücumlar başladıqdan sonra ABŞ Qırımız dənizdə ticarət gəmilərinin qorunması üçün beynəlxalq hərbi koalisiya yarandığını elan edib, bölgəyə hərbi gəmilərini göndərib. Bir neçə Avropa ölkəsi də koalisiyaya qoşulduğunu, bölgəyə hərbi gəmilər göndərdiyini açıqlayıb. 
İran ABŞ-ın bu addımını yolverilməz saydığını bəyan edib. Məhz bölgədə gərginliyin artması fonunda İranın “Əlborz” esminesi Bab əl-Məndəb boğazını keçərək Qırmızı dənizə daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO