Lavrov qazaxıstanlı həmkarı ilə telefonla danışdı

Lavrov qazaxıstanlı həmkarı ilə telefonla danışdı

Hazırda oxunan: Lavrov qazaxıstanlı həmkarı ilə telefonla danışdı

171628
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı olub.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazirlər Rusiya-Qazaxıstan münasibətlərinin bir sıra aktual məsələlərini, o cümlədən ən yüksək səviyyədə qarşıdan gələn tədbirləri və hökumətlərarası sənədlərin hazırlanmasını müzakirə ediblər", - deyə diplomatik mənbə bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev daha əvvəl fevralın ortalarında Rusiyaya səfər edəcəyini demişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO