Venesiya hakimiyyəti bələdçinin müşayiəti ilə turist qruplarının sayının azaldılması qərarını təsdiqləyib.
Bizim.Media “BBC”yə istinadən xəbər verir ki, şəhərin tarixi ada hissəsində, eləcə də Murano, Burano və Torçello adalarına qrup halında səfər edən turistlərin sayı 25 nəfərdən çox olmamalıdır.
Qərar Dövlət Şurası (parlament – red.) tərəfindən təsdiqlənərsə, 2024-cü il iyunun 1-dən qüvvəyə minəcək. Tədbirin təşəbbüskarlarının fikrincə, bu, gələcəkdə turist axınını daha yaxşı təşkil etməyə, eləcə də ictimai asayişi təmin etməyə imkan verəcək. Bundan əlavə, müəyyən səs həddini aşan bələdçi mikrofonlarının qadağan edilməsi planları var.
Qeyd edək ki bu, İtaliyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Venesiyada artmaqda olan turizmi cilovlamaq üçün ilk təşəbbüs deyil. Belə ki, şəhər rəhbərliyi gecələmədən bir günlük gələn turistlər üçün şəhərə bir növ “giriş bileti”nin tətbiqini artıq təsdiqləyib. Qiymət ilin dövründən asılıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:38 / 31.12.2023
Venesiyada turistlərə bu məhdudiyyətlər tətbiq ediləcək
Hazırda oxunan: Venesiyada turistlərə bu məhdudiyyətlər tətbiq ediləcək
Hazırda oxunan: Venesiyada turistlərə bu məhdudiyyətlər tətbiq ediləcək
171555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.