Gürcüstanda soydaşlarımız mükafatlandırıldı - FOTO

Gürcüstanda soydaşlarımız mükafatlandırıldı - FOTO

Hazırda oxunan: Gürcüstanda soydaşlarımız mükafatlandırıldı - FOTO

171540

Gürcüstanda 2023-cü il ərzində ictimai siyasi, mədəni, hüquqi yardım və maarifləndirmə, incəsənət, səhiyyə və digər sahələrdə fərqlənən soydaşlarımız mükafatlandırılıb.

Bizim.Media xəbər verir ki, Marneulidə keçirilən mükafatların təqdimetmə mərasimində elm, ictimaiyyət xadimləri, jurnalistlər iştirak ediblər.

Bildirilib ki, “İlin mükafatı” “Lider Media” təşkilatı və “24News.ge” xəbər portalı tərəfindən təsis olunub.
“Lider Media” təşkilatının və “24News.ge” xəbər portalının təsisçisi Azər Məmmədov çıxış edərək qonaqları və dünya azərbaycanlılarını Yeni İl və Həmrəylik Günü münasibətilə təbrik edib, 2023-cü ilin Azərbaycan xalqı üçün mühüm il olduğunu xüsusi vurğulayıb, növbəti ilin də uğurlu olmasını arzulayıb.

Bildirilib ki, mükafatın təsis edilməsində əsas məqsəd icma arasında fəallığı daha da artırmaqdır.

Onun rəhbərlik etdiyi təşkilat və portal 2023-cü il ərzində araşdırmalar aparıb, xüsusi fərqlənən insanları müəyyənləşdirib.

Digər çıxış edənlər belə təşəbbüslərin Gürcüstanda yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasında və öz sahələri üzrə aktiv fəaliyyət göstərmələrində stimul olacağını vurğulayıblar.

Qonaqlar “24News.ge” portalının və “24News Tv” internet televiziyasının müxtəlif sahələr üzrə təqdirəlayiq fəaliyyətini diqqətə çatdırıblar.

Sonra səkkiz nominasiya üzrə mükafatlar təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.








Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO