Vuçiçdən müxalifətə XƏBƏRDARLIQ: “Hakimiyyəti zorla ələ keçirmək mümkün deyil”

Vuçiçdən müxalifətə XƏBƏRDARLIQ: “Hakimiyyəti zorla ələ keçirmək mümkün deyil”

Hazırda oxunan: Vuçiçdən müxalifətə XƏBƏRDARLIQ: “Hakimiyyəti zorla ələ keçirmək mümkün deyil”

171493

“Serbiyada inqilab və ya hakimiyyətin zorakılıqla ələ keçirilməsi mümkün deyil və dekabrın 30-da bəzi seçki məntəqələrində təkrar səsvermənin nəticələrinə görə ölkə xalqı hakim koalisiyaya dəstəyini açıq şəkildə ifadə edib”.

Bizim.Media xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

“İnqilablar olmayacaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsi olmayacaq. Xalq kimi dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu, əsas əhəmiyyət kəsb edir”, - Vuçiç vurğulayıb.

Serbiyada dekabrın 17-də növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilib. İkinci yerdə qərarlaşan müxalif Serbiya Zorakılığa Qarşı blokun nümayəndələri səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia ediblər.

Dekabrın 18-də müxalifət Belqradda Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayıb və dekabrın 24-də paytaxt administrasiyasına basqın etməyə cəhd edib.

İğtişaşlar polis tərəfindən yatırılıb, 38 nəfər saxlanılıb, 7 nəfər günahını etiraf edib. Vuçiç Belqrad administrasiyasını ələ keçirmək cəhdini ölkənin suverenliyinə qəsd adlandırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO