"Hərbi əsirlər, girovlar və digər saxlananların məsələsi vacibdir və hələ həll olunmayıb."
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə söyləyib.
"Dəfələrlə müzakirə etdiyimiz kimi, 9 noyabrdakı açıqlamaya görə bütün girovlar, hərbi əsirlər və digər saxlanılanlar vətənlərinə qaytarılmalıdır. Təəssüf ki, Azərbaycanda hələ də əsirlərimiz var", deyə o bildirib.
Baş nazir əlavə edib ki, Ermənistanla Rusiya arasında bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur.
Paşinyan hesab edir ki, Qarabağ problemi həll olunmayıb və bu məsələ gələcəkdə müzakirə edilməlidir.
"Ermənistan hüquq müdafiəçilərinin iddiasına görə, Azərbaycanda hələ də 300-ə yaxın əsir var."
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:45 / 07.04.2021
Paşinyan Putinə gileyləndi: “Əsir məsələsi həll olunmayıb”
Hazırda oxunan: Paşinyan Putinə gileyləndi: “Əsir məsələsi həll olunmayıb”
Hazırda oxunan: Paşinyan Putinə gileyləndi: “Əsir məsələsi həll olunmayıb”
17137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.