Ukraynanın Çerkassı vilayəti Rusiya ordusunun kütləvi raket hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, vilayətin Smil şəhərində şəxsi evlərə raket düşüb.
Qeyd edilib ki, ümumilikdə şəhərdə 12 yaşayış evi dağılıb, 6 nəfər xəsarət alıb.
Xatırladaq ki, dekabrın 29-da Ukraynanın Kiyev, Odessa, Dnepr, Xarkov, Xmelnits, Nikolayev və Lvov vilayətləri də kütləvi şəkildə raket atəşinə tutulub.
Bizim.Media