Kirkorovla bağlı qərar VERİLDİ 

Kirkorovla bağlı qərar VERİLDİ 

Hazırda oxunan: Kirkorovla bağlı qərar VERİLDİ 

171301

Rusiyalı müğənni Filipp Kirkorov bloger Anastasiya İvleyevanın təşkil etdiyi “çılpaq ziyafət”də iştirak etdiyinə görə Rusiyanın Xalq artisti adından məhrum edilməyəcək. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Mədəniyyət Nazirliyi yayıb. 

Bildirilib ki, fəxri ada layiq görülən şəxs hər hansı ağır cinayət törətdiyi halda bu addan məhrum edilə bilər.  

Xatırladaq ki, dekabrın 20-dən 21-nə keçən gecə Moskvanın “Mutabor” klubunda “Almost naked” adlı şənlik təşkil edilib. Şənlikdə iştirak edənlər tədbirə açıq-saçıq geyimlərdə qatılıb.
Şənlikdə rusiyalı tanınmış müğənnilər Filipp Kirkorov, Lolita, Dima Bilan, aparıcı Kseniya Sobçak, eləcə də bir neçə tanınmış şəxs iştirak edib. Şənlik ölkədə qalmaqala səbəb olub. Tədbir iştirakçıları və şənliyi təşkil edən bloqer İvleeva ictimaiyyətdən üzr istəyiblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO