Ankarada kuryoz olay: Avropa Komissiyasının rəhbərinə Ərdoğanla danışıqlarda stul verilmədi – DİVANDA OTURDU

Ankarada kuryoz olay: Avropa Komissiyasının rəhbərinə Ərdoğanla danışıqlarda stul verilmədi – DİVANDA OTURDU

Hazırda oxunan: Ankarada kuryoz olay: Avropa Komissiyasının rəhbərinə Ərdoğanla danışıqlarda stul verilmədi – DİVANDA OTURDU

17127

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Von der Leyen gələcəkdə beynəlxalq rəsmi görüşlər zamanı Ankarada baş verən insidentin təkrarlanmaması üçün komandasına lazımi tədbirləri görməyi tapşırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, Von der Leyenə Türk liderinin yanında stul verilməyib. Otaqda qoyulan stullarda Rəcəb Tayyip Ərdoğan və Avropa Şurasının rəhbəri Çarlz Mişel əyləşiblər. Bu faktı AK-nın rəsmi nümayəndəsi Erik Mamer təsdiqləyib.

Görüşdən yayılan fotolarda da bu aydınca görünür. 

"Avropa Komissiyasının rəhbəri Von der Leyen komandasından buna aydınlıq istəyib və gələcəkdə belə bir şeyin təkrarlanmaması üçün göstəriş verib”. Bunu Mamer Brüsseldəki brifinqdə söyləyib.

Bir gün əvvəl Ankarada Avropa Birliyi qurumlarının liderləri ilə Türkiyə Prezidenti arasında aparılan rəsmi danışıqlar zamanı Avropa Komissiyası başçısına stul çatışmayıb.

Von der Leyen divanla oturmaqla kifayətlənib. Protokola görə hər iki stulda Ərdoğan və Mişel əyləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO