Paşinyanla Putin arasında görüş Moskvada başladı

Paşinyanla Putin arasında görüş Moskvada başladı

Hazırda oxunan: Paşinyanla Putin arasında görüş Moskvada başladı

17123

Moskvada bu anda Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorgyan Facebook səhifəsində məlumat yayıb.

"Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başladı". Statusda deyilir.

Daha əvvəl danışıqlar zamanı ikitərəfli gündəliyin əsas məsələlərinin, eləcə də Qarabağla bağlı razılaşmaların həyata keçirilməsinin müzakirə ediləcəyi qeyd edilmişdi.

Gevorgyanın sözlərinə görə, Paşinyan artıq Moskvaya gəlib və "ticarət-iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə" məsələlərini müzakirə etmək niyyətindədir.

Bu arada Kremlin mətbuat xidmətində başqa məlumatlar da var: Qarabağda atəşkəsə dair üçtərəfli razılaşmanı, habelə Cənubi Qafqazdakı nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını müzakirə edəcəklər.

Prezidentin mətbuat katibi Dmitri Peskov əlavə edib ki, Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri də müzakirə ediləcək.

"Qarabağ" riskləri təbii ki, seçkilərin gedişatına və nəticələrinə birbaşa təsir edəcəkdir. Paşinyan və onun “Vətəndaş Müqaviləsi” partiyası üçün bir müsbət cəhət, baş nazirin Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsində Rusiyanın dəstəyini cəlb etməsi ola bilər. Axı bu gün erməni cəmiyyətində Azərbaycan və Türkiyənin hərbi varlığının güclənməsi fonunda yeni bir müharibə ehtimalı ilə bağlı qorxular artmaqda davam edir.

Paşinyan hələ noyabr ayında, Qarabağ müharibəsində məğlub olduqdan dərhal sonra Silahlı Qüvvələrdə islahatlar aparacağına söz vermişdi. Fevral ayında müdafiə naziri Vaqarşak Arutyunyan islahatın hazırlandığını təsdiqləyib.

Düzdür, Ermənistanın genişmiqyaslı hərbi islahatlar üçün mənbələri yoxdur. Silahlı Qüvvələrin modernləşdirilməsinin xərclərini 3 milyard dollar olaraq qiymətləndirən müxalifət lideri, keçmiş prezident Robert Köçəryan belə deyir:

Nə Köçəryan, nə də Paşinyan seçicilərinə bu məbləği haradan alacağını izah etmir.

Bu arada, Paşinyanın başlatdığı islahata, baş nazir ilə Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək cəhdindən sonra başlayan generallar arasındakı qarşıdurma da mane olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO