Fransanın növbəti SKANDALI – Çirkli pulların yuyulması ilə bağlı SENSASİON DETALLAR

Fransanın növbəti SKANDALI – Çirkli pulların yuyulması ilə bağlı SENSASİON DETALLAR

Hazırda oxunan: Fransanın növbəti SKANDALI – Çirkli pulların yuyulması ilə bağlı SENSASİON DETALLAR

171144

Fransa yalnız siyasi sahədə deyil, iqtisadi müstəvidə də qanuna zidd çirkli yollara əl atır. Daim rəqabət mühiti, azad ticarətdən dəm vuran bu ölkənin iri bankları real işə gələndə qanunları pozaraq, çirkli pulların yuyulmasına “töhfə” verirlər.

Fransızsayağı “demokratiya”

Paris prokurorluğunun Fransanın “Monde” qəzetinə verdiyi məlumata görə, bu ölkənin ən böyük bankı “BNP Paribas”, “BNP Paribas Securities Services” və Kiprdə qeydiyyatdan keçmiş “TCR International Limited” broker şirkətinin filialına qarşı ağırlaşdırıcı hallarda çirkli pulların yuyulması ilə bağlı ilkin istintaq başladılıb.

Hüquq-mühafizə orqanları 2019-cu ildən 2021-ci ilə qədər “TCR International Limited” vasitəsilə həyata keçirilən bir neçə maliyyə əməliyyatından şübhələniblər. Həmin vaxt broker şirkəti müştərilərin adından “BNP Paribas Securities Services” şirkətinin köməyi ilə investisiya əməliyyatları həyata keçirib.

Prokurorluğun məlumatına görə, “TCR International Limited” şirkətinin Fransadakı hesablarından 220 milyon avrodan çox şübhəli mənşəli vəsait keçib. Eyni zamanda, Rusiya və Ukrayna vətəndaşları bəzi şübhəli əməliyyatlarda iştirak ediblər.

“2019 və 2021-ci illər arasında bankın Fransadakı nağd hesabları vasitəsilə potensial şübhəli mənşəli vəsaitlərə uyğun gələn və ya aydın iqtisadi məntiqə malik olmayan bir neçə yüz milyon avro və dollar dövriyyədə olub”, - Paris prokurorluğu bildirib.

Üzdə düşmənçilik

Nəşr qeyd edib ki, Amerika xüsusi xidmət orqanları “TCR İnternational”ın “Vaqner” xüsusi hərbi təşkilatı və onun təsisçisi Yevgeni Priqojin tərəfindən istifadə oluna biləcək maliyyə əməliyyatları həyata keçirdiyini üzə çıxarıb.

Bu isə rəzilliyin başqa bir tərəfidir. Çünki Fransa digər Qərb ölkələri kimi Rusiyaya düşmən mövqeyində dayandığını iddia edir. Əslində isə bu ölkənin ən böyük banklarından biri Priqojinin çirkli pullarını yumaqla məşğul olub. Göründüyü kimi, Fransa əslində öz müttəfiqlərinə də xəyanət edib.

“Düzgünlük tələb edənlər birinci özlərinə baxsınlar”

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Fransa təkcə siyasi deyil, iqtisadi müstəvidəki fəaliyyətində də tam olaraq çirkinliyə bulaşıb:

“Fransa qabaqdangəlmişlik edir. Onlar bir qayda olaraq özlərində olan kəsirləri, paxırları, çatışmamazlıqları, qanunsuz əməlləri, korrupsiyanı danmaqla, ört-basdır etməklə məşğuldurlar. İddia edirlər ki, guya yuxarıda qeyd etdiklərim onlara aid məsələlər deyil, guya tamam şəffafdırlar. Fransa bankları dəfələrlə çirkli pulların yuyulması, qara bazar əməliyyatlarında iştirak edib. Əvəzində, əsas olmadan çirkin əməllərdə digərlərini ittiham edirlər.

Sarkozinin dövründə Fransa banklarının Afrika ölkələrində çirkli pulların yuyulmasında izləri üzə çıxdı. Silah-sursat alveri, bank maxinasiyaları sahəsində də belə hallara rast gəlinib. Hələ Sarkozinin dövründə bu çirkin əməlləri araşdıran jurnalistlər təqib olunub, ölümlə hədələniblər.

Başqalarından düzgünlük tələb edənlər ilk növbədə bunu özlərindən başlamalıdır. Fransızların kifayət qədər problem və çatışmamazlıqları var, yaxşısı budur onları örtbasdır etməsinlər. Onsuz da hər şey gec-tez üzə çıxır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO