Ukraynada İran istehsalı olan “Şahed” hücum tipli PUA-sının analoqunun kütləvi istehsalına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin məlumat verib.
“Hazırda biz “Şahed” PUA-larından onlarla istehsal edirik. Gələn il Silahlı Qüvvələr 1000+ kilometr məsafədə uçan mindən çox belə pilotsuz təyyarə ala bilər”, - deyə Kamışin qeyd edib.
O, həmçinin əlavə edib ki, bu il Ukrayna ötən illə müqayisədə 3 dəfə çox döyüş sursatı istehsal edib:
“Artıq biz də hava hücumundan müdafiə sistemlərinin istehsalına başlamışıq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:13 / 28.12.2023
Ukrayna İran istehsallı “Şahed”lərin analoqunu İSTEHSAL EDƏCƏK
Hazırda oxunan: Ukrayna İran istehsallı “Şahed”lərin analoqunu İSTEHSAL EDƏCƏK
Hazırda oxunan: Ukrayna İran istehsallı “Şahed”lərin analoqunu İSTEHSAL EDƏCƏK
171073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.