Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

17099

“İrəli, İtaliya” partiyasının lideri, keçmiş baş nazir Silvio Berluskoni yenidən xəstəxanadadır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “la Repubblica” nəşri yayıb.

Siyasətçi çərşənbə axşamı “San Raffaele” Milan klinikasında nəzarət müayinəsindən keçib.

Bundan sonra həkimlər onu daha da müşahidə etmək üçün tibb müəssisəsində saxlamaq qərarına gəliblər.

Nəşr əlavə edib ki, xəstəxanaya o, helikopterlə gəlib.

Qeyd olunduğu kimi, 84 yaşlı Berluskoni Pasxa tətilini qızının yanında keçirəcək.

Berluskoni keçən il COVID-19 xəstəliyindən əziyyət çəkib. Koronavirusa yoluxması 2 sentyabrda məlum olub. Tezliklə ikitərəfli sətəlcəm əlamətləri ilə “San Raffaele” xəstəxanasına aparılıb. 

Keçmiş baş nazir on gün klinikada qalıb, sonra evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO