Paşinyan Moskvadadır - Putinə HESABAT verəcək

Paşinyan Moskvadadır - Putinə HESABAT verəcək

Hazırda oxunan: Paşinyan Moskvadadır - Putinə HESABAT verəcək

17094

Ermənistan hökumətinin başçısı Rusiya rəhbərliyi ilə danışıqlar aparacaq. Müzakirələrin əsas mövzularından biri də Qarabağ və humanitar problemlərlə bağlı bəyanatın müddəalarının həyata keçirilməsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdədir. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorgyan Facebook səhifəsində məlumat verib.

Ermənistan hökumətinin başçısının Rusiya Prezidenti Vladimir Putin ilə ikitərəfli münasibətlərin gündəliyində, əsasən ticarət-iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə məsələləri müzakirə ediləcək.

Ermənistanın Baş Naziri ilə Rusiya Prezidenti arasındakı görüşün gündəliyinə 9 noyabrdakı Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi, icrası prosesi və humanitar məsələlərlə bağlı məsələlər də daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO