Rusiya Federasiyasında 33 namizəd prezident seçkilərində iştirak etmək niyyətini bəyan edib,
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev bildirib.
Namizədlərin irəli sürülməsi prosesinin başlanması ilə əlaqədar olaraq, MSK iclasları qrafikdən kənar keçirəcək. Növbəti iclaslar dekabrın 27-si və 29-na planlaşdırılıb.
Rusiyada qanuna uyğun olaraq, prezidentlik üçün namizədliyini irəli sürənlər seçici qruplarının iclasında dəstəklənməlidirlər. Belə iclasların keçirilməsi barədə MSK-ya qabaqcadan xəbərdarlıq edilməlidir. Öz namizədliyini irəli sürənlərin sənədlərinin son verilmə tarixi dekabrın 27-sidir. Siyasi partiyalar namizədlərini qurultaylarda irəli sürə bilərlər. Bununla yanaşı, parlament partiyalarından olan namizədlər imza toplanışından azaddırlar. Partiyalardan olan namizədlər irəli sürülmələri barədə sənədləri MSK-ya yanvarın 1-dən gec olmayaraq təqdim etməlidirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:00 / 26.12.2023
Putinin rəqiblərinin sayı 33-ə ÇATDI
Hazırda oxunan: Putinin rəqiblərinin sayı 33-ə ÇATDI
Hazırda oxunan: Putinin rəqiblərinin sayı 33-ə ÇATDI
170835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.