İranda azərbaycanlı ata qızına “Ayıl” adını qoydu - 9 ay mübarizədən sonra - FOTO

İranda azərbaycanlı ata qızına “Ayıl” adını qoydu - 9 ay mübarizədən sonra - FOTO

Hazırda oxunan: İranda azərbaycanlı ata qızına “Ayıl” adını qoydu - 9 ay mübarizədən sonra - FOTO

17076

İrandakı azərbaycanlı ailə 9 aydan sonra körpələri üçün türk adı qoymağı bacarıb.

Bizim.Media xəbər verir ki, Ərdəbildə yaşayan Cənubi azərbaycanlı Səccad Çolani yeni doğulan qızına türk adı qoymaq istəsə də, bu istəyi  bir neçə dəfə rədd edilib. 

Görmə əngəlli küçə musiqiçisi olan Səccad qızına "oyan" və "ayağa qalx" mənasını verən türk "Ayıl" adını qoyub.

Övladının şəxsiyyət vəsiqəsinə "Ayıl" adını yazdırmaq isə elə də asan olmayıb.  Aidiyyəti  orqanlarla atanın mübarizəsi 9 ay çəkib. 

“3 həftə öncə həyat yoldaşımla qərara gəldik ki, əgər bu dəfə də qızımın şəxsiyyət vəsiqəsində adı "Ayıl" olaraq qeyd olunmasa, idarənin qarşısında  oturum aksiyasına başlayacağıq. Məndən tələb etdilər ki, adın mənasını araşdırıb gətirim. Mən də "oyan" ,"ayağa qalx" olduğunu bildirdim. Çox zaman alsa da mən  arzuma çatdım”.

Səccad Çolani İranda övladlarına türk adı vermək istəyənlərin qarşısında duran əngəllərdən də danışıb, qısa bir zamanda bu problemin aradan qalxacağına ümid etdiklərini deyib. 

Qeyd edib ki, bəzi ailələr övladlarının kimliyində fars adları yazdırsalar da evdə uşaqlarına türk adları ilə müraciət edirlər.

”Bu, həm sosial, həm də psixoloji problemdir. Məktəbdə bir ad, evdə başqa. Bu vəziyyətin  həll olunmasını istəyirik ”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO