ABŞ prezidenti Co Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi elan edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Fox News” kanalı xüsusi məlumat yayıb.
Kanal bildirib ki, Baydenin siyahıda olmasının bir çox səbəbi var.
“Bu il ABŞ silahlı qüvvələrinin 80 yaşlı Ali Baş Komandanı impiçment təhlükəsizliyi ilə üzləşib və hazırda seçicilər arasında reytinqləri yerdə sürünür”, - deyə kanal öz seçimini bu sözlərlə izah edib.
Qeyd olunub ki, seçiciləri Baydenin yaşı, eləcə də səhhətinin vəziyyəti narahat edir.
Baydenlə yanaşı, siyasi uğursuzlar siyahısında 2023-cü ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılan Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti, dələduzluqda ittiham olunan konqresmen Corc Santos və Virciniya qubernatoru Qlenn Yanqkin də var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:32 / 25.12.2023
Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi ELAN EDİLDİ
Hazırda oxunan: Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi ELAN EDİLDİ
Hazırda oxunan: Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi ELAN EDİLDİ
170708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.