Türkiyə ordusunun məhv etdiyi terrorçuların sayı 30-a çatdı

Türkiyə ordusunun məhv etdiyi terrorçuların sayı 30-a çatdı

Hazırda oxunan: Türkiyə ordusunun məhv etdiyi terrorçuların sayı 30-a çatdı

170561

Son günlər Türkiyə ordusunun “Pençe-Kilit” əməliyyat bölgəsində hücumlardan sonra zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Yaşar Gülər   danışıb.

Qeyd edək ki, dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib.

Hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib.

Son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında Türkiyənin 12 hərbçisi şəhid olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO