İran Rusiyaya nota verdi

İran Rusiyaya nota verdi

Hazırda oxunan: İran Rusiyaya nota verdi

170536

Rəsmi Tehran Rusiyaya nota verib.

Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran XİN Rusiyanın müvəqqəti işlər vəkilinə VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının iclasında qəbul edilən birgə bəyanata etirazını çatdırıb, məktub təqdim edilib.

Qeyd edək ki, Tehran Mərakeşdə keçirilən VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının bəyanatında Əbu-Musa, Böyük Tomb və Kiçik Tomb adalarının adlarının yer almasından narazıdır. İran Körfəzdəki bu adaların özünə məxsus olduğunu iddia edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO