Rusiyada prezidentliyə namizədlərin sayı 29-a çatdı

Rusiyada prezidentliyə namizədlərin sayı 29-a çatdı

Hazırda oxunan: Rusiyada prezidentliyə namizədlərin sayı 29-a çatdı

170482

Rusiya Federasiyası (RF) prezidentliyinə qarşıdakı seçkilərdə iştirak üçün irəli sürülən namizədlərin sayı artıq 29 nəfərə çatıb.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın rəhbəri Ella Pamfilova bildirib.

Onun sözlərinə görə, namizədlərin irəli sürülməsi prosesinin başlanması ilə əlaqədar olaraq, MSK iclasları bugünkü kimi qrafikdən kənar keçirəcək. Növbəti iclaslar dekabrın 27-si və 29-na planlaşdırılıb.

Rusiyada qanuna uyğun olaraq, prezidentlik üçün namizədliyini irəli sürənlər seçici qruplarının iclasında dəstəklənməlidirlər. Belə iclasların keçirilməsi barədə MSK-ya qabaqcadan xəbərdarlıq edilməlidir. Öz namizədliyini irəli sürənlərin sənədlərinin son verilmə tarixi dekabrın 27-sidir. Siyasi partiyalar namizədlərini qurultaylarda irəli sürə bilərlər. Bununla yanaşı, parlament partiyalarından olan namizədlər imza toplanışından azaddırlar. Partiyalardan olan namizədlər irəli sürülmələri barədə sənədləri MSK-ya yanvarın 1-dən gec olmayaraq təqdim etməlidirlər.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO