Türkiyənin hərbi hava qüvvələri Suriyanın şimalında PKK terrorçularının enerji infrastrukturuna zərbələr endirib.
Bizim.Media xəbər verir ki, yerli media Suriyanın şimal-şərqindəki Əl-Qahtaniyadakı neft emalı zavodunun vurulduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi 6 türk əsgərinin ölümünə cavab olaraq terrorçu Kürdüstan Fəhlə Partiyasına qarşı əməliyyatlara başladığını açıqlamışdı.
Bizim.Media