Fransa parlamenti miqrasiya sahəsində bir sıra sərt məhdudiyyətlər tətbiq edən qanun layihəsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu qərar hökumətdə parçalanmaya səbəb olub və səhiyyə naziri Orellan Russo buna etiraz olaraq istefa verib.
Qərarla bağlı Parisdə etiraz aksiyası keçirilib.
Qeyd edək ki, qanuna əsasən miqrantlar indi sosial dəstək almaq üçün ölkədə ən azı beş il yaşamalıdırlar. Həmçinin, yeni tədbirlər deportasiya və vətəndaşlıqdan məhrumetmə prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirir.
Bizim.Media