Ukrayna XİN: Ərazilərimizdə Rusiyanın seçkilər keçirməsi qeyri-qanunidir

Hazırda oxunan: Ukrayna XİN: Ərazilərimizdə Rusiyanın seçkilər keçirməsi qeyri-qanunidir

170441

“Ukraynaya məxsus ərazilərdə Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsi Ukrayna Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT Nizamnaməsini kobud şəkildə pozur. Bu seçki prosesi, keçmişdəki digər oxşar təbliğat cəhdləri kimi etibarsız sayılacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfi Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində - Krım Muxtar Respublikasında, Sevastopolda, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müəyyən ərazilərində səsvermə məntəqələri təşkil etmək niyyətlərini açıqlayıb.
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası 2024-cü il martın 17-də ölkədə prezident seçkilərinin keçiriləcəyini elan edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO